XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



UEFA Ronaldunu xüsusi mükafata layiq görüb
İdman 15:06 / 27.08.2024

UEFA Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunu mükafatlandıracaq.

Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu Çempionlar Liqasında bütün zamanların ən sərrast oyunçusu üçün hazırlanmış xüsusi hədiyyəyə layiq görülüb.

Təcrübəli forvarda mükafatı avqustun 29-da qitənin 1 nömrəli klub turnirinin 2024/2025-ci illər mövsümünün əsas - liqa mərhələsinin püşkatma mərasimində UEFA prezidenti Aleksander Çeferin təqdim edəcək. Tədbir Monako şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu Çempionlar Liqasında meydana çıxdığı 183 oyunda 140 qol vurub. O, 7 fərqli mövsümdə (2007/08, 2012/13, 2013/14, 2014/15*, 2015/16, 2016/17, 2017/18) turnirin bombardiri olub.


1639 oxunub

InvestAZ