XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



Zəka sahibləri Azərbaycan çempionatında iştirak edəcəklər
İdman 12:38 / 27.08.2024

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-7-də təşkil olunacaq yarışlarda kişilər arasında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlarda isə 2000-dən yuxarı olan iti zəka sahibləri iştirak edə biləcəklər.

Çempionatın ümumi mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Qeyd edək ki, ölkə çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Bu yarışlarda ilk 3 yeri tutan şahmatçı ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.


1986 oxunub

InvestAZ