XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



Bakıda keçiriləcək beynəlxalq turnirin iştirakçıları müəyyənləşib
İdman 11:57 / 27.08.2024

Bakıda keçiriləcək həndbol üzrə beynəlxalq turnirin iştirakçıları bəlli olub.

Bu barədə Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətindən məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda qadınlardan ibarət 6 komanda mübarizə aparacaq. 

AHF-nin təşkil etdiyi turnirdə "Azəryol”, "Qarabağ” və "Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), "Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi iştirak edəcək.

Turnir avqustun 28-dən sentyabrın 1-dək "AHF Arena”da keçiriləcək.


1731 oxunub

InvestAZ