XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Stolüstü tennisçilərimiz təlim-məşq toplanışı üçün Fransaya yollanıblar
İdman 14:11 / 15.08.2024

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışında iştirak edəcəklər. 

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamızın üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər.

İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı "EUROTALENTS” toplanışında iştirak edəcəklər. Stolüstü tennisçilər toplanışın ardınca, avqustun 23-də Fransanın Şiltiqheym şəhərində startı veriləcək "Euro Mini Champs” yarışında bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə də qatılmışdı.


4333 oxunub

InvestAZ