XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Paris-2024-də iştirak etmiş Azərbaycan nümayəndə heyəti üçün qala gecə təşkil edilib
İdman 13:47 / 15.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Olimpiya komandasının şərəfinə qala gecə təşkil edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024-də iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri tədbirdə yer alıblar.

Qala gecədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmançıları bir daha uğurlu çıxışları münasibətilə təbrik ediblər.

Sonra nazir Fərid Qayıbov XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif edilmiş olimpiyaçılarımızın məşqçilərinə dövlət mükafatlarını təqdim edib və onlara uğurlar arzulayıb.

Tədbir bədii proqramla davam edib.


4480 oxunub

InvestAZ