XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Polşa çempionatının ən yaxşı qapıçısı "Qarabağ"da
İdman 13:04 / 15.08.2024

"Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Köhlən atlar" polşalı qapıçı Mateuş Koxalskini heyətinə qatacaq. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi "Stal Mielets”lə razılıq əldə olunub.

24 yaşlı qapıçı ilə 3+1 illik müqavilə imzalanıb. O, "Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

M.Koxalski 2022-ci ilin yayından "Stal Mielets”in idman şərəfini qoruyub. O, bunadək "Legionoviya Legionovo”, "Radomyak Radom” və "Legiya Varşava”da forma geyinib.

Qeyd edək ki, qapıçı bu ilin iyununda Polşanın əsas millisinin Avro-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.


4102 oxunub

InvestAZ