XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Olimpiya çempionları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
İdman 10:19 / 14.08.2024

Fransanın paytaxtı Parisdəki XXXIII Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, Olimpiya çempionları və mükafatçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarını 7 medalla başa vurub. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.


4004 oxunub

InvestAZ