XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Güllü Ağalarzadə: “Bu ölkəni təmsil etmək böyük məsuliyyət tələb edir”
İdman 09:56 / 13.08.2024

"Paris-2024 Yay Olimpiya Oyunlarında tarixi nəticə qazandıq”.

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutaraq tarixi nəticə əldə edən bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.

O, Olimpiya Oyunları kimi mötəbər yarışda iştirak etdikləri üçün xoşbəxt olduğunu bildirib: "Sonadək mübarizə apardıq. Gücümüzə inanırdıq. Biz çox əla komandayıq. Bu ölkəni təmsil etmək böyük məsuliyyət tələb edir. Beş ən güclü kollektiv arasında olmaq qürurvericidir. Sosial mediada bizə dəstək olan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Onun bizim üçün etdikləri çox önəmlidir. Bununla yanaşı, xalqımıza minnətdaram. Onların sayəsində tarixi nəticə qazandıq".

Komandanın digər üzvü Zeynəb Hümmətov da yarışda əsas hədəflərinin verilən tapşırıqları dəqiq yerinə yetirmək olduğunu bildirib: "Çox yaxşı komandamız var. Artıq ilk beş kollektiv arasında yer almaqla hər kəsə güclü olduğumuzu sübut etdik. Belə davam etsək, Azərbaycana tarixi medal gətirə bilərik. Bundan sonra özümüzü gələcək yarışlara hazırlayacağıq”.

Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024 Yay Olimpiya Oyunlarının final mərhələsində beşinci yeri tutub.


24496 oxunub

InvestAZ