XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Qaşim Maqomedov: "Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm"
İdman 08:40 / 13.08.2024
"Paris-2024-də qızıl medal qazanmaq istəyirdim. Lakin gümüş medalla kifayətləndim" 
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçumuz Qaşim Maqomedov (58 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Əldə etdiyi gümüş medalın heç də pis nəticə olmadığını deyən taekvondoçu Paris-2024-də fəxri kürsüyə qalxdığı üçün sevindiyini bildirib:
"Azərbaycan Taekvondo Federasiyası bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən biri olacaq. İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm.”
Qeyd edək ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarında gümüş medal qazanıb. 

20434 oxunub

InvestAZ