XƏBƏR LENTİ
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025
08 Yanvar 2025



Güləş hakimimiz Paris-2024-də ədaləti qoruyur
İdman 22:08 / 08.08.2024

İdman siyasətini müəyyənləşdirən əsas amillərdən biri də müxtəlif idman növləri üzrə həmin ölkəni təmsil edən hakimlər kontingentinin olmasıdır.

Birmənalı olaraq beynəlxalq yarışları idarə edən hakimlər davranışları, qərarları ilə mənsub olduğu xalqı, dövləti təmsil edirlər. Ədalətli qərarı ilə seçilən hakim beynəlxalq arenada ölkəsinin imicini formalaşdıran, mənsub olduğu xalq barədə təsəvvür yaradan simalardan olur.

Paris-2024-də Yay Olimpiya Oyunları çərçivəsində güləş yarışlarını idarə edən hakimlər arasında Azərbaycanı təmsil edən idman hakimi I-S kateqoriyalı Asif Şirəliyev də var.

Belə ki, Dünya Güləş Birliyi (UWW) təmsilçimizin yarışlarda idarəçiliyini yüksək qiymətləndirərək, ona Paris-2024-də etimad göstərib. Tokio Olimpiadasında da hakimlik edən ədalət təmsilçimiz budəfəki Olimpiya Oyunlarında da ona olan etimadı layiqincə doğrultmağa çalışır.

Dünyanın ən mötəbər idman yarışlarından biri olan Olimpiya Oyunlarında hakimlər sırasında ədalət təmsilçimizin də olması çox qürurverici hadisədir.

Ədalət təmsilçimizə Paris-2024-də qarşıdakı yarışların idarəçiliyində uğurlar arzulayırq.


4721 oxunub

InvestAZ