XƏBƏR LENTİ
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025



Paris-2024: Bu gün komandamız üç idman növündə mübarizə aparacaq
İdman 04:08 / 09.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.

Bu gün Azərbaycan komandasının üç idman növü üzrə 8 təmsilçisi mübarizə aparacaq.

Yarışlara ilk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız başlayacaq. Qrup hərəkətləri üzrə yarışlarda çıxış edəcək gimnastlarımız Bakı vaxtı ilə saat 12:00-dan etibarən təsnifat mərhələsində mübarizə aparacaq.

Bu gün həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününə də start veriləcək.

Yarışların ikinci günündə iki idmançımız - Turan Bayramov (74 kq) və Girogi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

Pəhləvanlarımızdan Turan Bayramov ilk mərhələdə albaniyalı Çermen Vəliyevlə qarşılaşacaq. Girogi Meşvildişvilinin isə ilk rəqibi misirli Diaaeldin Kamal olacaq. Hər iki təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

Girogi Meşvildişvili Bakı vaxtı ilə saat 13:49-dan, Turan Bayramov isə 14:10-dan etibarən mübarizəyə qoşulacaq.

Günün sonu Azərbaycan üçün daha bir finalla yadda qalacaq.

Belə ki, avqustun 9-dan 10-na keçən gecə boksçumuz Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında final döyüşünə çıxacaq. 92 çəki dərəcəsində qüvvəsini sınayan dünya çempionumuzun həlledici mərhələdəki rəqibi özbəkistanlı Lazizbek Mullojonov olacaq.


4577 oxunub

InvestAZ