Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir yarış gününə yekun vurulub. Günün yekun nəticələrindən sonra medalçılar sırasında dəyişiklik olub. Aktivində 2 qızıl medal olan Azərbaycan komandası 18-ci pillədə qərarlaşıb. Qardaş ölkə Türkiyə isə 1 gümüş və bir bürünc medalla 40-42-ci pillələri bölüşür.
Medal qazanan ölkələrin cədvəlinə 13 qızıl, 9 gümüş və 9 bürünc medalla Çin komandası başçılıq edir. Fransa yığması siyahının ikinci pilləsində qərarlaşıb. Ev sahiblərinin aktivində 36 medal (11 qızıl, 12 gümüş, 13 bürünc) var. Avstraliya isə 22 (11 qızıl, 6 gümüş, 5 bürünc) medalla ilk üçlüyü ələ keçirib. ABŞ təmsilçisi 43 (9 qızıl, 18 gümüş, 16 bürünc) medal qazansa da medalların əyarına görə 4-cü pillədə qərarlaşıb. Beşinci pillədə yer alan Böyük Britaniyanın isə aktivində 27 (9 qızıl, 10 gümüş, 8 bürünc) medal var.
Ümumilikdə isə Paris-2024-də medal qazanan ölkələrin sayı 54-ə çatıb.
Medal qazanan ölkələrin siyahısını təqim edirik.
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Medal sayı |
1 | Çin | 13 | 9 | 9 | 31 |
2 | Fransa | 11 | 12 | 13 | 31 |
3 | Avstraliya | 11 | 6 | 5 | 22 |
4 | ABŞ | 9 | 18 | 16 | 43 |
5 | Böyük Britaniya | 9 | 10 | 8 | 27 |
6 | Yaponiya | 8 | 4 | 6 | 18 |
7 | Cənubi Koreya | 7 | 5 | 4 | 16 |
8 | İtaliya | 5 | 8 | 4 | 17 |
9 | Niderland | 4 | 3 | 2 | 9 |
10 | Kanada | 3 | 2 | 6 | 11 |
11 | Almaniya | 2 | 3 | 2 | 7 |
12-13 | Yeni Zelandiya | 2 | 3 | 1 | 6 |
Rumınya | 2 | 3 | 1 | 6 | |
14 | Macarıstan | 2 | 2 | 1 | 5 |
15-16 | Honkonq | 2 | 0 | 2 | 4 |
İrlandiya | 2 | 0 | 2 | 4 | |
17 | Xorvatiya | 2 | 0 | 1 | 3 |
18 | AZƏRBAYCAN | 2 | 0 | 0 | 2 |
19 | Braziliya | 1 | 3 | 3 | 7 |
20 | İsveç | 1 | 2 | 2 | 5 |
21 | Gürcüstan | 1 | 2 | 0 | 3 |
22 | İsveçrə | 1 | 1 | 4 | 6 |
23 | İspaniya | 1 | 1 | 3 | 5 |
24 | CAR | 1 | 1 | 2 | 4 |
25-27 | Belçika | 1 | 0 | 2 | 3 |
Qazaxıstan | 1 | 0 | 2 | 3 | |
Özbəkistan | 1 | 0 | 2 | 3 | |
28-29 | Çexiya | 1 | 0 | 1 | 2 |
Qvatemala | 1 | 0 | 1 | 2 | |
30-34 | Argentina | 1 | 0 | 0 | 1 |
Ekvador | 1 | 0 | 0 | 1 | |
Sloveniya | 1 | 0 | 0 | 1 | |
Serbiya | 1 | 0 | 0 | 1 | |
Uqanda | 1 | 0 | 0 | 1 | |
35-36 | İsrail | 0 | 2 | 1 | 3 |
Meksika | 0 | 2 | 1 | 3 | |
37 | KXDR | 0 | 2 | 0 | 2 |
38-39 | Yunanıstan | 0 | 1 | 3 | 4 |
Polşa | 0 | 1 | 3 | 4 | |
40-42 | Kosova | 0 | 1 | 1 | 2 |
Türkiyə | 0 | 1 | 1 | 2 | |
Ukrayna | 0 | 1 | 1 | 2 | |
43-46 | Efiopiya | 0 | 1 | 0 | 1 |
Fici | 0 | 1 | 0 | 1 | |
Monqolustan | 0 | 1 | 0 | 1 | |
Tunis | 0 | 1 | 0 | 1 | |
47 | Hindistan | 0 | 0 | 2 | 2 |
48-49 | Moldova | 0 | 0 | 2 | 2 |
Tacikistan | 0 | 0 | 2 | 2 | |
50-54 | Avstriya | 0 | 0 | 1 | 1 |
Misir | 0 | 0 | 1 | 1 | |
Portuqaliya | 0 | 0 | 1 | 1 | |
Slovakiya | 0 | 0 | 1 | 1 |