Batut gimnastımız Paris-2024-də ilk çıxışını başa vurdu
İdman 14:55 / 02.08.2024
Fransanın paytaxtı ParisdəXXXIII Yay Olimpiya Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışlara start verilib. Azərbaycan millisinin üzvü Selcan Mahsudova da Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Təmsilçimiz artıq ilk çıxışını başa vurub. İdmançımızın çıxışı hakimlər tərəfindən 42,950 balla qiymətləndirilib. Gimnastımız bu nəticə ilətəsnifat mərhələsində hələlik16 iştirakçı arasında13-cü pillədə yer alıb.
5309 oxunub