XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Azərbaycan idmançılarının Paris-2024 üçün vahid idman forması təqdim olunub
İdman 20:31 / 17.07.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının vahid idman forması təqdim olunub.

Yeni geyim dəsti Olimpiya komandasının Milli Gimnastika Arenasında təşkil olunan yolasalma mərasimi zamanı ictimaiyyətə nümayiş etdirilib.

Olimpiada üçün xüsusi dizaynla hazırlanmış formalar ağ, tünd göy, çəhrayı və yaşıl rəngdədir. Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbi və Xarıbülbül əks olunub.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.


14257 oxunub

InvestAZ