XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İdman 21:58 / 10.07.2024

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir.

 

Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəkdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. 2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Azərbaycan Respublikasının gənclər və idman naziri

 

Təşkilat Komitəsinin üzvləri:

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

 

Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini

 

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

 

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini

 

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

 

"CBC Sport” televiziya kanalının baş direktoru

 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

 

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

 

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini

 

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini

 

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini

 

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini

 

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.

 

 

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə III MDB Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.

 

3. Təşkilat Komitəsi III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2024-cü il


3626 oxunub

InvestAZ