XƏBƏR LENTİ
07 İyul 2024
04 İyul 2024
03 İyul 2024
02 İyul 2024
01 İyul 2024
28 İyun 2024
27 İyun 2024
26 İyun 2024
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024



Gənclər və İdman naziri qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb
İdman 10:07 / 03.07.2024

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılan uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ağırlıqqaldırma, atletika, boks, cüdo, kamandan oxatma, akademik avarçəkmə, sahil avarçəkməsi, kayak, kanoe, kapoeyra, qılıncoynatma, qol güləşi, qrapplinq və qrapplinq qi, pouerliftinq, paraüzgüçülük, sambo, savat, şotokan karate-do idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.


1075 oxunub

InvestAZ