XƏBƏR LENTİ
28 Mart 2025
27 Mart 2025
26 Mart 2025
24 Mart 2025
23 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025



Argentina Amerika Kubokuna qələbə ilə başladı
İdman 11:29 / 21.06.2024

İyulun 21-də futbol üzrə Amerika Kubokuna (Copa Amerika) start verilib.

Turnirin açılış matçında son çempion Argentina Kanadanı qəbul edib.Bakı vaxtı ilə gecə saat 04:00-da başlayan matçın sonunda Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Argentina millisinin heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə isə Lautaro Martines fərqlənib.

Qeyd edək ki, 48-ci dəfə təşkil olunan Amerika Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnir Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyalarının (CONCACAF) birgə təşkilatçılığı ilə keçirilir.ABŞ-ın 14 şəhərinin ev sahibliyi etdiyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.



12056 oxunub

InvestAZ