XƏBƏR LENTİ
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Ədalət təmsilçimizə növbəti etimad
İdman 10:56 / 14.06.2024

İyunun 18-25-də Özbəkistanın Çirçik şəhərində Asiya Oyunları keçiriləcək. Olimpiya Oyunları ərəfəsində təşkil olunacaq mötəbər yarışda azərbaycanlı ədalət təmsilçisi də iştirak edəcək. Belə ki, bu vaxta qədər bir neçə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hakim qismində təmsil olunan Vahid Nəzərov Asiyada təşkil olunacaq ağırlıqqaldırma yarışına dəvət alıb.

Qeyd edək ki, 6 Olimpiya Oyunlarında (Atlanta-1996, Sidney-2000, Pekin-2008, Sinqapur-2010, London-2012, Tokio-2020) beynəlxalq hakim kimi ölkəmizi təmsil edən Vahid Nəzərov bu illər ərzində həmçinin 4 İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyub. 


1335 oxunub

InvestAZ