XƏBƏR LENTİ
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



"BRICS Sports Games Kazan 2024"ün açılış mərasimi keçirilib
İdman 10:27 / 13.06.2024

Rusiyanın Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Rusiyanın idman naziri Mixail eqtyaryov çıxış ediblər.

Rusiyanın inkişaf tarixini əks etdirən videonun nümayişindən sonra iştirakçı ölkələrin bayraqları hər bir ölkənin bayraqdarları tərəfindən səhnədə nümayiş olunub. Azərbaycan bayrağını avarçəkmə üzrə "Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, "Prezident Kuboku 2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyıb.

Ardınca Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videomüraciətlə iştirakçılara uğurlar arzulayıb və yarışı açıq elan edib.

90-dək ölkədən 3000-dək idmançının mübarizə aparacağı oyunlara daxil olan növlərin təqlid olunduğu rəqslər nümayiş olunub.

Sonda idmançılar, hakimlər adından andiçmə olub və tədbir konsert proqramı ilə davam edib.


1240 oxunub

InvestAZ