XƏBƏR LENTİ
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



"Qarabağ" dünya reytinqində gerilədi
İdman 12:03 / 10.06.2024

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

IFFHS-nin rəsmi saytında yer alan xəbərə görə, 507 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

Beş pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudur.

17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, beş addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür.

Qeyd edək ki, dünya reytinqinə "Mançester Siti” (401 xal) başçılıq edir.



1794 oxunub

InvestAZ