XƏBƏR LENTİ
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Balaca Nəzrin fəxri kürsüdə
İdman 16:10 / 06.06.2024

Son illər ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də cüdodur. Ötən illər ərzində Azərbaycan Cüdo Federasiyası idmanın bu növünün ölkəmizdə təbliği və yeni istedadların üzə çıxarılması üçün böyük işlər həyata keçirib.

Belə istedadlı yeniyetmələrdən biri də Nəzrin Muradovadır. Saatlı şəhər 1 saylı tam orta məktəbin 3 A sinifini əla qiymətlərlə başa vuran Nəzirn həmçinin, cüdo idman növü ilə də məşğul olur. Böyük arzuların sorağında olan balaca Nəzrinin idman növünə olan sevgi və marağı onu Saatlıda yerləşən cüdo idman zalına gətirib. Cüdo idman növü ilə az bir vaxtda məşğul olmasına baxmayaraq, o, uğurlu çıxışı ilə məşqçilərin etimadını doğrultmağı bacarıb. Belə ki, Nəzrin Muradova bu yaxınlarda cüdo üzrə yeniyetmələr arasında "Güvən” idman klubunun təşkil etdiyi yoldaşlıq görüşündə gümüş medal qazanıb.

Balaca Nəzrinin arzusu ölkədaxili yarışlarla yanaşı, sərhədləri aşaraq beynəlxalq turnirlərdən də Vətənə medallarla qayıtmaqdır.

Nəzrinin uğurları hələ qarşıdadır. İnanırıq ki, yeniyetmə idmançımız bundan sonra da qarşısına qoyduğu məqsədlərə nail olacaq, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edəcək.


4369 oxunub

InvestAZ