XƏBƏR LENTİ
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Paytaxtımız gimnastika üzrə daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcə
İdman 19:48 / 22.05.2024

İyunun 1-dən 2-dək Azərbaycanda "Gimnastika hamı üçün” növü üzrə II Bakı Beynəlxalq "Challenge”i keçiriləcək

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yaşından və fiziki hazırlıq səviyyəsindən aslı olmayaraq, bütün insanları birləşdirəcək yarışda Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən ümumilikdə 60-a yaxın komanda iştirak edəcək.

İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Tədbirin keçirilməsində məqsəd gimnastikanın, sadəcə, idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğunu göstərməkdir.

Tədbir "ustad dərsləri", komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq.



2912 oxunub

InvestAZ