XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



7 boksçumuz Bakıda keçirilən beynəlxalq turnirin finalına vəsiqə qazandı
İdman 11:45 / 17.05.2024

Bakıda yeniyetmə boksçular arasında "Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinən verilən məlumata görə, yarışın dördüncü günündə son 2 çəki dərəcəsində də yarımfinalçılar müəyyənləşib.

Həmçinin, 3 çəkidə 1/2 final görüşləri təşkil olunub. Döyüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha 3 boksçusu yarımfinala, 7 idmançısı isə finala vəsiqə əldə edib.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin beşinci günündə 18 görüş keçiriləcək.


6400 oxunub

InvestAZ