XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



"Kür" və "Bakı"dan inamlı qələbə
İdman 17:31 / 06.05.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında XIX turun oyunlarına  Bakıda start verilib. 

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "AHF Arena”da keçirilən mərkəzi oyunda "Azəryol”la "Kür” üz-üzə gəlib.

Qarşılaşma "Kür”ün qələbəsi ilə başa çatıb - 31:22. Bu nəticə ilə xal ehtiyatını 28-ə çatdıran komanda çempionluq yolunda daha bir inamlı addım atıb.

Turun daha bir maraqlı qarşılaşması "Bakı” və "Qarabağ” komandaları arasında baş tutub. Paytaxt təmsilçisi rəqibini 30:23 hesabı ilə məğlub edib.

Aktivinə 26-cı xalı yazdıran "Bakı” komandası çempionluq uğrunda mübarizəni davam etdirir.


1418 oxunub

InvestAZ