XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
İdman 18:04 / 06.05.2024

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman Paytaxtı” seçib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü təsdiqlənib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.


1595 oxunub

InvestAZ