XƏBƏR LENTİ
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025



Stolüstü tennisçilərimiz beynəlxalq yarışlarda iştirak edəcəklər
İdman 12:13 / 22.04.2024

Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlara qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçilərimizdən Onur Quluzadə və Yağmur Məmmədli Fransanın Mets və Belçikanın Spa şəhərlərində təşkil olunan "WTT Youth Contender” turnirlərində qüvvələrini sınayacaqlar.

Yığmamızın üzvləri məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışlarda iştirak edəcəklər.

Qeyd edək ki, bu gün start götürəcək turnirlərə aprelin 28-də yekun vurulacaq.


10394 oxunub

InvestAZ