XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025



Azərbaycanın qrup hərəkətləri komandası Dünya Kubokunda üç bürünc medal qazandı
İdman 21:37 / 21.04.2024

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi yarışlarda final görüşləri keçirilib. Halqa ilə çıxışda beşinci olan Zöhrə Ağamirova lentlə hərəkətlərdə yeddinci pillənin sahibi olub. Bu çıxışda birinci yerə Almaniyanı təmsil edən Daria Varfolomeyev yüksəlib. Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandamız bu gün ikinci finalına çıxıb. Zeynəb Gümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Dariya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda üç lent və iki topla finalda mübarizə aparıb. Onlar 30.200 xalla altıncı yeri tutublar.

Daha əvvəl çoxnövçülükdə və halqa ilə çıxışda iki bürünc medal qazanan Azərbaycanın qrup hərəkətləri komandası ümumilikdə üç bürünclə yarışı başa vurub. Birinci yeri isə Yaponiya tutub.

Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edib.


12565 oxunub

InvestAZ