XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025



FİA yeni mütəxəssis axtarışına çıxıb
İdman 10:39 / 18.04.2024

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Formula 1 yarışlarının hazırkı direktoru Nils Wittichin bəzi vəzifələrini öz üzərinə götürmək üçün mütəxəssis axtarır. Yeni seçilən əməkdaşdistant əməliyyat mərkəzinin rəhbəri vəzifəsində çalışacaq, eyni zamanda gələcək idman qaydalarına cavabdehlik daşıyacaq.

Bu şəxs FİA-nın Uzaqdan Əməliyyatlar Mərkəzinin (ROC) idarəçiliyini dəöz üzərinə götürəcək.Qeyd edək ki, ROC Formula 1, Formula 2 və Formula 3 yarışlarına dəstək vermək üçün "Race Control" ilə birlikdə işləyir. Lakin yeni mütəxəssisin işi bununla məhdudlaşmayacaq. O, həmçinin FİA-nın idman direktoru Tim Malyonla birlikdə formula departamentində fəaliyyət göstərəcək. Onlar gələcək idman qaydalarını tərtib etmək üçün modelləşdirmə alətlərini hazırlayıb, tətbiq edəcəklər.


8616 oxunub

InvestAZ