XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Topu atıb, cərimə olundu
İdman 22:22 / 01.04.2024

"San Antonio Spurs” klubunun fransız basketbolçusu Viktor Vembanyama "Nyu-York Niks”lə matçın sonunda (130:126) topu tribunaya atdığı üçün NBA onu cərimələyib. Vembanyama 25 min dollar cərimə ödəməli olacaq. "Bilirəm ki, oyunçular əvvəllər topu tribunalara atdıqlarına görə cərimələniblər. Onlar bunu pis niyyətlə edirdilər. Mən bunu sırf kiminsə xoşuna gəlmək üçün etdim”, - Vembanyama mətbuat konfransında bildirib.

Bu mövsüm Milli Basketbol Assosiasiyasında Viktor hər oyuna orta hesabla 21,2 xal, 10,5 ribaund və 3,6 məhsuldar ötürmə verib. Fransız futbolçu bu günə kimi 66 oyunda iştirak edib.

 


1235 oxunub

InvestAZ