XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025



AFFA-nın növbəti Konfransının gündəliyi açıqlandı - hansı məsələlər müzakirə olunacaq?
İdman 15:48 / 01.04.2024

Aprelin 2-də "Bulvar Marriott Hotel”də AFFA-nın növbəti Konfransı keçiriləcək. AFFA-nın saytında yer alan xəbərə görə, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.


9292 oxunub

InvestAZ