XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Cüdo üzrə Bakı birinciliyində 841 cüdoçu mübarizə apardı
İdman 00:11 / 01.04.2024

Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən cüdo üzrə 15 yaşadək (U-15) kiçik yaşlı yeniyetmələrin Bakı şəhər birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 20 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. Üç gün davam edən yarışda Bakının 70 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 841 cüdoçu medallar uğrunda yarışıb. Yarışda ümumi komanda hesabında medalların sayına görə birinci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin komandası sahib çıxıb. 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandası ikinci, Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası isə üçüncü yerə layiq görülüb. 30 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 31 may – 3 iyun tarixlərində keçiriləcək 15 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.


7304 oxunub

InvestAZ