XƏBƏR LENTİ
10 May 2024
09 May 2024
08 May 2024



Avropa Liqası: "Qarabağ" bu gün "Bayer"lə qarşılaşacaq
İdman 10:07 / 07.03.2024

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Qitənin ikinci ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ” komandası da meydana çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın "Bayer” klubunu qəbul edəcək.

Saat 21:45-də başlayacaq oyunun baş hakimi fransalı Benua Bastyen olacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə təşkil olunacaq.


2753 oxunub

InvestAZ