XƏBƏR LENTİ
15 May 2024
14 May 2024
13 May 2024
12 May 2024



Orxan Səfərov: "Çalışacağam ki, bu etimadı layiqincə doğruldum"
İdman 16:24 / 05.03.2024

"Sevindirici haldır ki, bu gün ölkənin bütün idman ictimaiyyəti Qubada bir araya toplaşıb”.

Bu sözləri Gənclər və İdman Nazirliyi tərəfindən "İdman səfiri” seçilən cüdo üzrə Avropa çempionu, dünya çempionatlarının gümüş və bürünc mükafatçısı, I Avropa Oyunlarının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi Orxan Səfərov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında jurnalislərə müsahibəsində deyib.

O, "İdman səfiri” seçildiyinə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirərək, bu məsuliyyəti yaxşı dərk etdiyini qeyd edib.

""İdman səfiri” kimi, göstərilən bu etimad mənim üçün ikiqat məsuliyyətdir. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum. Səfir olaraq idmanın təbliğinə bacardığım qədər töhfələr vermək istəyirəm”,-deyə Orxan Səfərov bildirib.
2511 oxunub

InvestAZ