XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyi keçiriləcək
İdman 16:01 / 23.02.2024
16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,  fevralın 25-də start götürəcək yarış Şirvan Olimpiya İdman Kompleksində təşkil olunacaq. 
Birincilikdə ümumilikdə 10 komanda iştirak edəcək. Komandalar iki qrupa bölünəcək və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və üçüncülük uğrunda qarşılaşmalar təşkil olunacaq. 
Fevralın 25-də saat 10:30-da Azərbaycan birinciliyinin açılış mərasimi, ardınca isə yarışın ilk qarşılaşması keçiriləcək. Həmin gün daha üç oyun olacaq. 

İştirakçı komandalar:
A qrupu: "Murov Az Terminal-2”, "Tovuz RVK”, "Hacıqabul RVK”, "Sumqayıt RVK”, "Oğuz RVK”
B qrupu: "Murov Az Terminal-1”, "Gəncə RVK”, "Azərreyl”, Milli Aviasiya Akademiyası”, "Xarı Bülbül Şuşa”

25 fevral 
10:30. Azərbaycan birinciliyinin açılış mərasimi
11:30. "Murov Az Terminal-2” – "Hacıqabul RVK”
13:00. "Murov Az Terminal-1” – "Azərreyl”
14:30. "Tovuz RVK” – "Sumqayıt RVK”
16:00. "Gəncə RVK” – "Milli Aviasiya Akademiyası”

4258 oxunub

InvestAZ