XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çəkic altına bu dəfə məşhur limuzin düşəcək - FOTO
İdman 16:19 / 11.02.2024
Martın 5-dən 9-dək Arizona ştatının Qlendeyl şəhərində keçiriləcək "Mecum” hərracında ABŞ-ın 35-ci prezidenti Con Kennedinin xanımı Jaklin Kennediyə məxsus olan "İmperial Crown” limuzini nümayiş etdiriləcək. Məlumat üçün bildirək ki, "Ghia şirkəti bu limuzinlərdən 10 ədəd istehsal edib. Onlardan birini ildə bir dollar rəmzi məbləğə "Ağ Evə” icarəyə verib. Hərraca çıxarılan avtomobildən prezident Lindon Conson da istifadə edib. Bildirilir ki, limuzinin avtomatik sürət qutusu və təxminən 400 at gücünə malik V8 mühərriki var. Alıcı avtomobillə yanaşı, Jaklin Kennedi və Lindon Consonun rəsmi səfərləri zamanı limuzinin fotoşəkillərini, habelə bu barədə xəbərlərin yer aldığı qəzet nüsxələrini də alacaq.Lotun gözlənilən qiyməti barədə məlumat verilmir.
2964 oxunub

InvestAZ