XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Fettel pilot kimi yenidən Formula 1-ə qayıdır?
İdman 12:47 / 11.02.2024

Dördqat dünya çempionu, almaniyalı Sebastyan Fettel Formula 1 Sürücüləri Assosiasiyasının (GPDA) dörd direktorundan biri kimi vəzifəsini tərk edib. Bu barədə GPDA-nın sədri Aleks Vürts bildirib. "Sebastyan aktiv liderlik rolunu tərk etdi. O, GPDA və onun tarixində əsas fiqur olaraq, qalacaq”, - "Planet F1” Vürtsün sözlərində sitat gətirib.

Bu ilin iyulunda 37 yaşı tamam olacaq Sebastyan Fettel yeddiqat dünya çempionu Lyuis Hemiltonun "Ferrari”yə keçidindən sonra "Mercedes”in sükanına əyləşəcək namizədlərdən biri hesab olunur. Xatırladaq ki, Fettel 2022-ci il mövsümünün sonunda pilot kimi Formula 1 tərk etmişdi.


3076 oxunub

InvestAZ