Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında 4-cü turun iki oyunu keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan ilk oyunda "Milli Aviasiya Akademiyası” və "Azerreyl” komandaları qarşılaşıb. Oyun "Azerreyl” komandasının qələbəsi ilə yekunlaşıb -3:0 (23:25, 22:25, 17:25).
Bu oyundan sonra meydana "Murov Az Terminal” və UNEC komandaları çıxıb. Oyun "Murov Az Terminal”ın qələbəsi ilə yadda qalıb. Rəqiblərini hər üç setdə məğlub edən (25:8, 25:8, 25:10) "Murov Az Terminal” komandası quru hesablı qələbə qazanıb.
Qeyd edək, "Abşeron”, "Azerreyl” və "Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan "Gəncə” və "Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Hesabında xal olmayan UNEC isə sonuncudur.