XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Premyer Liqa: “Neftçi” “Zirə”ni minimal hesabla məğlub etdi
İdman 20:40 / 03.12.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları keçirilir. Turun ikinci oyun günündə azarkeşlər paytaxt derbisini izləyiblər. Belə ki, "Neftçi" komandası "Zirə"ni qəbul edib. "Neftçi Arena"da keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. "Ağ-qaralar”ın heyətində Rəhman Hacıyev 60-cı dəqiqədə fərqlənərək qələbə topunun müəllifi olub. Qələbədən sonra xallarının sayını 22-yə yüksəldən flaqman altıncı pillədə qərarlaşıb. İkinci pillədəki "Zirə"nin isə 28 xalı var.


8252 oxunub

InvestAZ