XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Fiqurlu konkisürənimiz İstanbulda birinci oldu
İdman 13:44 / 03.12.2023

Azərbaycanı Fiqurlu Konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən "Bosphorus Istanbul Cup 2023" beynəlxalq yarışında iştirak edib. Qış İdman Növləri Federasiyasından verilən məlumata görə,fiqurlu konkisürənimiz 9 ölkəni təmsil edən 11 idmançı arasında 221.10 xal toplayaraq birinci yerə sahib olub.

Yarışda iştirak edəndigər yeniyetmə fiqurlu konkisürənimiz Səbinə Əliyeva isə 112,47 xalla 11-ci yeri tutub.

Qeyd edək ki, turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıblar.



10922 oxunub

InvestAZ