XƏBƏR LENTİ
02 Yanvar 2025
31 Dekabr 2024
29 Dekabr 2024
28 Dekabr 2024
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024



“Böyük dəbilqə” turnirini üç medalla yadda qaldı
İdman 14:22 / 03.12.2023

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. Olimpiya ili ərəfəsində təşkil olunan lisenziya xarakterli yarışda dünyanın 84 ölkəsini təmsil edən 506 (398 kişi, 208 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. "Gündoğan ölkə”də 14 (13 kişi, 1 qadın) cüdoçu ilə qüvvəsini sınayan komandamız mötəbər yarışı 1 qızıl və 2 bürünc medalla başa vurub. Yığmamızın heyətində qızıl medala -73 kq çəki dərəcəsində iştirak edən Hidayət Heydərov layiq görülüb. Cüdoçumuz birinci yer uğrunda həlledici görüşdə yaponiyalı Soiçi Haşimotoya qalib gəlib. Bürünc medallara isə Zelim Tçkayev (-81 kq) və Zelim Kotsoyev (-100 kq) sahib çıxıb.


7563 oxunub

InvestAZ