"Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo 2019-2021-ci illərdə futbolçu olduğu "Barselona”dakı məşq prosesinin xüsusiyyətlərindən danışıb. "Barselona”da bizə, məşqdə Messiyə toxunmağı qadağan edirdilər. Çox gülüncdür, amma bu doğrudur. Onunla təhlükəsiz oynamalı idik. Amma bu normaldır, çünki o, komandanın ən yaxşı oyunçusu idi, ona görə də onu incitmək istəmirsən”, - deyə "Marca” "Ligue 1 Show”a istinadən Todibonun sözlərini sitat gətirib.
Xatırladaq ki, fransalı müdafiəçi Kataloniya klubunda olduğu müddətdə bütün turnirlərdə cəmi 5 matçda iştirak edib.
Bu mövsüm Todibo Liqa 1-də 11 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.