XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Bütün diqqətlər Hamburqa yönəlib - Püşkatma
İdman 13:50 / 02.12.2023
Bu gün Avro-2024-ünfinal mərhələsinin püşkü atılacaq. Hamburqda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Püşkatmada 21 milli komanda rəqiblərini tanıyacaq. Son 3 vəsiqənin sahibi isə pley-off mərhələsinin oyunları ilə müəyyənləşəcək. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar. 
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

AÇ-2024

1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə
2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya
3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C
Yolunda pley-off qalibi



12212 oxunub

InvestAZ