XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



“Söz verirəm” Kampaniyası Goranboyda
İdman 00:16 / 02.12.2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkil etdiyi "Söz verirəm” sosial layihəsi çərçivəsində Goranboy Olimpiya İdman Kompleksində kampaniya təşkil edilib.

ACF-in baş katibinin müşaviri Ayan Nəcəf 50-dən çox cüdoçunun iştirakı ilə keçirilən görüşdə uşaqlar ilə maarifləndirici söhbətlər aparıb. Onlara qısnamanın mahiyyəti və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilib. Tədbir zamanı idmançılar müzakirələrdə fəal iştirak ediblər.

"Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.



10511 oxunub

InvestAZ