XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025



Cüdo hakimləri üçün seminar keçirilib
İdman 11:39 / 28.11.2023
Noyabrın 25-də Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti üçün "Cüdo Klub 2012”də seminar keçirilib. 
Seminarda mübahisələrə səbəb olan epizodlar təhlil olunub. Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. 
ACF-in Prezidentinin müşaviri Natiq Bağırov seminarda iştirak edərək öz tövsiyələrini verib. 
Seminarın keçirilməsi hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır. 


12933 oxunub

InvestAZ