XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



“Vətənin müdafiəsinə hazıram ”poliatlon çoxnövçülüyü üzrə rayon turniri təşkil olunub
İdman 12:10 / 28.11.2023
Masallı Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli” çərçivəsində rayonda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin X-XI sinif

şagirdləri arasında "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon turniri keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon sektorlarının təşkilatçılığı ilə keçirilən turnirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılış mərasimində respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından, eləcə yarışın məqsəd və vəzifələri barədə danışan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri komandalara uğurlar

arzulayıb yarışa start verib.

Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə keçirilən yarışda 29 komanda mübarizə aparıb.

başladı. Yekun nəticələrə əsasən Çaxırlı kənd tam orta məktəbin komandası birinci yeri tutub. Ərkivan qəsəbəsi C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin komandası ikinci, Mollaoba kənd B.Şiriyev adına tam

orta məktəbin komandası isə üçüncü yerə sahib çıxıb. Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.


6910 oxunub

InvestAZ