XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Zlatan «Milan»a qayıtdı
İdman 17:23 / 19.09.2023

"Milan"ın sabiq hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Nyukasl"la oyununa hazırlaşan komandanın dünənki məşqində iştirak edib. Tanınmış insayder Fabritsio Romanonun yaydığı xəbər görə, İbrahimoviç Milandakı məşqdə baş məşqçi Stefano Pioliyə qoşulub. İsveçlinin keçmiş komanda yoldaşlarına nə dediyi hələlik məlum deyil.

Xatırladaq ki, "Milan” həftəsonu derbidə "İnter”ə 1:5 hesabı ilə uduzub. İbrahimoviç ötən mövsümün sonunda peşəkar karyerasını başa vurub. "Rossoneri” Çempionlar Liqasının qrup mərhələsində bu gün "Nyukasl”la üz-üzə gələcək. Qrupda onların digər rəqibləri PSJ və Dortmund "Borussiya”sı olacaq.


15739 oxunub

InvestAZ