XƏBƏR LENTİ
13 İyul 2024
12 İyul 2024
11 İyul 2024
10 İyul 2024
09 İyul 2024
07 İyul 2024
04 İyul 2024
03 İyul 2024
02 İyul 2024
01 İyul 2024
28 İyun 2024
27 İyun 2024
26 İyun 2024
23 İyun 2024
21 İyun 2024



Zirə Eko parkında cüdo üzrə ustad dərsi keçirilib
İdman 14:16 / 18.09.2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Zirə qəsəbəsində yerləşən Eko parkda cüdo üzrə ustad dərsi keçirilib. Ustad dərsi ACF-in Prezidentinin müşaviri Natiq Bağırov, Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərovun iştirakı ilə baş tutub. Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub. Həmçinin, peşəkarlar tərəfindən müxtəlif cüdo fəndləri uşaqlara və gənclərə nümayiş olunub.

Orxan Səfərov tədbirlə bağlı fikirlərini bölüşərək deyib: "Mən artıq ikinci dəfədir ki, Federasiyanın təşkil etdiyi ustad dərslərində iştirak edirəm. Tədbir zamanı uşaqlar çox böyük maraq göstərdilər, çoxlu suallar verərək fəal iştirak etdilər. Uşaqlar bizdən diqqət gözləyirdilər, biz də hər kəsə diqqət göstərməyə çalışdıq. Tədbirə qatılan iştirakçılar arasında hətta Bakıdan gələnlər də var idi. Əhali arasında cüdoya belə geniş marağın şahidi olmaq bizə sevinc bəxş edir.”.

Rüstəm Orucovun sözlərinə görə ustad dərsləri uşaqları çox sevindirir: "Yadımdadır ki, kiçik yaşlarımda Elçin İsmayılov və Mövlud Mirəliyev kimi cüdo ustalarından cüdonu öyrənmək mənim üçün böyük motivasiya idi. Ustad dərsində mən və Orxan uşaqlara öz texnikalarımızı göstərdik, ruhlandırıcı sözlər dedik və bu onlara böyük sevinc və motivasiya verdi. Düşünürəm ki, bu cür tədbirlər tez-tez təşkil olunmalıdır”.

Sonra, Rüstəm Orucov və Orxan Səfərov iştirakçılara öz imzalı fotolarını təqdim edib, onlarla xatirə şəkli çəkdiriblər.

Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.



10407 oxunub

InvestAZ