XƏBƏR LENTİ
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Ferstappenin qələbə seriyasına son qoyuldu
İdman 09:36 / 18.09.2023

Formula 1 üzrə dünya çempionatında Sinqapur Qran-prisinin qalibi müəyyənləşib. 62 dövrəlik mübarizədə "Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns bütün rəqiblərini qabaqlayıb. "McLaren”dən Lando Norris ikinci, "Mercedes” sürücüsü Lyuis Hemilton üçüncü yeri tutub.

Son 10 yarışda finişə birinci çatan "Red Bull”un pilotu Maks Ferstappen bu dəfə 5-ci yerlə kifayətlənib olub. Bununla niderlandlı sürücünün uğurlu seriyasına son qoyulub.

M.Ferstappen 374 xalla pilotların yarışında ümumi reytinqə başçılıq edir. Onun komanda yoldaşı Serxio Peres 223 xalla ikinci, Lyuis Hemilton isə 180 xalla üçüncü pillədə qərarlaşıb.

Komandaların mübarizəsində "Red Bull” 597 xalla birincidir. "Mercedes” (289) ikinci, "Ferrari” (265) üçüncü sırada yer alıb.


18613 oxunub

InvestAZ