XƏBƏR LENTİ
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025
08 Yanvar 2025



AFFA klubları cərimələdi
İdman 12:51 / 07.09.2023

AFFA İntizam Komitəsi "Sabah" və "Kəpəz" klublarını cərimələyib."Bayquşlar" 5 oyunçusu "Turan Tovuz"a 0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək.

Gəncə təmsilçisinin isə 4 üzvü "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb.

"Səbail" klubu "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib.



10981 oxunub

InvestAZ