XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Maribor-2023: Azərbaycan komandası festivalı 10 medalla 13-cü pillədə başa vurdu
İdman 20:17 / 29.07.2023

Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub. Azərbaycan millisi festivalı 3 qızıl, 3 gümüş və 4 bürünc medalla ümumi sıralamada 13-cü pillədə başa vurub.

Medal əyarına görə sıralamada birinici yeri 46 (16 qızıl, 18 gümüş, 12 bürünc) medalla İtaliya komandası tutub. Almaniya 31 (11 qızıl, 11 gümüş, 9 bürünc) medalla ikinci, Fransa isə 24 (9 qızıl, 6 gümüş, 9 bürünc) medalla üçüncü olub.

Maribor-2023-də ümumilikdə 35 ölkənin təmsilçiləri medal qazanıb.

Qeyd edək ki, Qeyd edək ki, XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparıb. Azərbaycan Maribor-2023-də 7 (cüdo, atletika, gimnastika, tennis, üzgüçülük, şose velosipedi, dağ velosipedi) idman növü üzrə 36 idmançı ilə təmsil olunub.

Komandamıza bütün medalları cüdoçularımız qazandırıblar. Təmsilçilərimizdən fərdi yarışlarda Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal əldə edib. Cüdo üzrə qarışıq komandamız isə ikinci yeri tutmaqla ölkəmizə EYOF-2023-ün sonuncu medalını qazandırıb.


16531 oxunub

InvestAZ